COP29

Azərbaycan kanalı Mahirə görə II Bundesliqanın yayımını aldı

5 Dekabr 2024 13:20 Almaniya 3 518
Azərbaycan kanalı Mahirə görə II Bundesliqanın yayımını aldı

Bu həftədən başlayaraq “İdman” TV daha bir turniri tamaşaçılara çatdıracaq.

Sportinfo.az xəbər verir ki, söhbət Almaniyanın 2-ci bundesliqasının oyunlarından gedir.

II bundesliqada milli komandamızın hücumçusu Mahir Emreli çıxış edir.

Məhz bu səbəbdən də çempionatın oyunları azarkeşlərimiz arasında maraq kəsb eir. Bunu nəzərə alan “İdman” TV oyunların yayım hüququna sahib çıxıb.

Artıq bu tur Mahirin çıxış etdiyi “Nürnberq”in oyunu canlı yayımlanacaq.

Həmyerlimizin forma geydiyi komanda bu həftənin cümə günü “Elversberq” komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Keçən həftədən başlayaraq “İdman” TV basketbol üzrə Avroliqa turnirini də yayımlamağa başlayıb. (Futbolinfo.az)

Digər Xəbərlər
Xəbər Lenti