Ötən ay istefa verən baş məşqçinin yerinə kim gətirildi?

5 Noyabr 2024 15:40 Almaniya 770
Ötən ay istefa verən baş məşqçinin yerinə kim gətirildi?

“Bohum”un yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Komanda Diter Hekkinqə tapşırılıb. 60 yaşlı mütəxəssislə müqavilə cari mövsümün sonuna kimi hesablanıb. O, bu vəzifədə ötən ay istefa verən Piter Saydleri əvəz edib.

Hekkinq daha əvvəl “Volfsburq”, “Borussiya” (Münhenqladbax), “Nürnberq” kimi komandalara rəhbərlik edib.

“Bohum” hazırda Bundesliqanın turnir cədvəlində 1 xalla sonuncu – 18-ci yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!
12 Noyabr 02:00 O da sabah danışacaq
12 Noyabr 01:20 "Kəpəz"də əməliyyat