COP29

Millimizin baş məşqçisi olmayacağını biləndən sonra…

22 May 23:00 Almaniya 653
Millimizin baş məşqçisi olmayacağını biləndən sonra…

Türkiyə millisinin sabiq baş məşqçisi Ştefan Kuntsun yeni iş yeri bəlli olub.

Almaniyalı mütəxəssis "Hamburq"un idman direktoru təyin edilib.

Bu barədə II Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Kunts daha əvvəl "Bohum"da da eyni vəzifəni icra edib.

O, Almaniyanın U-21 və Olimpiya yığmalarını da çalışdırıb. Ötən ilin sentyabrında Türkiyə millisindən istefaya göndərilən 61 yaşlı mütəxəssis AFFA-nın danışıqlar apardığı namizədlər sırasında idi.

Kunts "Hamburq"un dəvətini qəbul etməmişdən öncə menecerlər vasitəsilə federasiya ilə yenidən əlaqə yaradıb, Bakıya gəlməyə hazır olduğunu bildirib.

Buradan verilən cavab almaniyalının ürəyinə yağ kimi yaxılmayıb.

Nəzərinə çatdırılıb ki, qurumun rəhbərliyi onun millini çalışdırmasına artıq isti yanaşmır, yeganə namizəd kimi slovakiyalı Vladimir Vayssın üzərində dayanılıb.

SPORTİNFOAZ

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!