COP29

"Borussiya" 5 milyon avro qazanacaq - "Real" ÇL-i qazanarsa

10 May 22:00 Almaniya 459
"Borussiya" 5 milyon avro qazanacaq -

"Real" Çempionlar Liqasının finalında qalib gələrsə, "Borussiya"ya pul ödəməli olacaq.

Sportinfo.az “Bild”ə istinadən xəbər verir ki, buna səbəb isə Madrid təmsilçisinin futbolçusu Cud Bellinqemdir.

Əvvəlcədən razılaşmaya əsasən, "Real"ı kubok qazanacağı təqdirdə, Bellinqem faktoruna görə "Borussiya"ya 5 milyon avro ödəməlidir.

Müqavilə isə ümumilikdə 30,9 milyon avro məbləğində bonus nəzərdə tutulub.

İyunun 1-də baş tutacaq Çempionlar Liqasının finalında “Real” “Borussiya” ilə qarşılaşacaq. Oyun Londondakı Uembli stadionunda keçiriləcək.

20 yaşlı yarımmüdafiəçi ötən yay "Borussiya"dan "Real"a transfer edilmişdi. Bu mövsüm Bellinqem bütün yarışlarda 39 matçda iştirak edib, 22 qol vurub, 10 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 18:50 Çək və bizə göndər!
14 İyun 08:40 "Neftçi", EFA, ASTA...