Karyerasında ilk dəfə çempion ola bilməyən məşhur oyunçu

16 Aprel 2024 10:20 Almaniya 888
Karyerasında ilk dəfə çempion ola bilməyən məşhur oyunçu

Almaniya Bundesliqasında sona 5 tur qalmış “Bayer” çempionluğunu rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, bununla “Bavariya”nın yarımmüdafiəçisi Kinqsli Komanın karyerasında ilk yaşanıb.

Belə ki, Fransa millisinin üzvü peşəkar karyerasında birinci dəfə çıxış etdiyi ölkənin çempionu ola bilməyib.

Koman karyerasına 2012-13 mövsümündə PSJ-də başlayıb və 17 yaşında Fransa çempionu olub. Daha sonra 11 mövsüm ərzində həmişə oynadığı ölkə çempionatının qalibi olub.

2015-16 mövsümündə hətta iki titul əldə edib - İtaliya çempionu (“Yuventus”) və Almaniya çempionu (“Bavariya”).

27 yaşlı Koman səkkizqat Almaniya çempionu, ikiqat Fransa çempionu və ikiqat İtaliya çempionudu.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM