Mourinyonu “Bayern”in sükanı arxasında görmək istəyir

2 Aprel 09:20 Almaniya 231
Mourinyonu “Bayern”in sükanı arxasında görmək istəyir

Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Ditmar Hamann hesab edir ki, “Çelsi”nin keçmiş baş məşqçisi Joze Mourinyo “Bayern”ə rəhbərlik edə bilər.

Sportinfo.az xəbər verir ki, Hamann Mourinyonu böyük peşəkar adlandırıb:

“Son bir neçə həftə ərzində məşqçi gətirmək istəyib-istəmədiyiniz barədə ciddi düşünməlisiniz. Bazarda onlardan çox var.

Mən isə Mourinyo haqqında düşünürəm. O, böyük peşəkardır”.

61 yaşlı Mourinyonun son klubu “Roma” olub. Portuqaliyalı məşqçi 2024-cü ilin yanvarında komandadan ayrılıb.

O, İtaliya klubuna qədər “Benfika”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırıb.

“Bayern” Almaniya çempionatının 27 turundan sonra 60 xalla ikinci pillədə qərarlaşıb. Lider “Bayer”lə fərq 13 xaldır.

Digər Xəbərlər
Xəbər Lenti