Bundesliqada 32-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, ıider “Bavariya” doğma meydanda “Şalke”ni qəbul edib.
Münhenlilər rəqibinə aman verməyərək qonaqların qapısından 6 cavabsız top keçiriblər - 6:0.
Tüxelin yetirmələri bütün turnirlər nəzərə alınmaqla ardıcıl 12-ci oyunda “Şalke”ni məğlub edib. Bu matçların 7-də böyük hesablı qələbə qeydə alınıb.
Bu nəticə sayəsində “Bavariya” ən yaxın izləyicisi “Borussia Dortmund” ilə xal fərqini 4 xala çatdırıb. Lakin sonuncu bu axşam fərqi yenidən azalda bilər.