2.5 milyon avro ödədi, transfer hüquqlarını da aldı

13 May 2023 10:00 Almaniya 966
2.5 milyon avro ödədi, transfer hüquqlarını da aldı

“Köln” “Sampdoriya”dan icarəyə götürdüyü Yulian Şabonun transfer hüquqlarını da alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

Bu keçid üçün İtaliya klubuna 2.5 milyon avro ödənilib. Almaniyadan olan 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Şabo 2022-ci ilin yanvarından formasını geyindiyi “Köln”də 24 oyuna 2 məhsuldar ötürmə edib.

O, daha öncə “Sparta” (Rotterdam), “Qroningen” və “Spetsiya” kimi klubların da formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 20:00 Çək və bizə göndər!
25 Yanvar 01:00 "Neftçi"dən 100-cü...