"Mən ehtiyat oyunçular skamyasında oturub, onunla danışırdım"

28 Noyabr 2022 21:40 Almaniya 442
"Mən ehtiyat oyunçular skamyasında oturub, onunla danışırdım"

Almaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan DÇ-2022-nin ikinci turunun İspaniyaya qarşı matçı (1:1) haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Türkiyə əsilli futbolçu yekun nəticənin ədalətli olduğunu hesab edir:

“Həqiqətən, yaxşı şanslarımız oldu və biz bir az daha yaxşı idik. Lakin sonda ədalətli nəticə oldu.

İndi hər şey qrup mərhələsinin son oyununda həll olunacaq. Mən ehtiyat oyunçular skamyasında oturub Tomas Müllerlə danışırdım və tezliklə qol vuracağımızı hiss edirdik”.

Almaniya DÇ-2022-nin E qrupunda iki turdan sonra 1 xala sahibdir. Onlar sonuncu turda Kosta Rika millisi ilə qarşılaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti