"Bəlkə də qələbəmiz sürpriz olacaq, amma heç vaxt hesabdan silinməməliyik"

14 Noyabr 2022 00:20 Almaniya 543
"Bəlkə də qələbəmiz sürpriz olacaq, amma heç vaxt hesabdan silinməməliyik"

"Real" və Almaniya yığmasının müdafiəçisi Antonio Rüdiger Qətərdə keçiriləcək dünya çempionatından gözləntiləri barədə danışıb.

Sportinfo.az xəbər verir ki, “AS” nəşrinə danışan arxa xətt oyunçusu mundial öncəsi hansı komandanın daha yaxşı formada olduğunu açıqlayıb:

"Almaniya millisi üçün yeni dövrdür. 2014-cü ildə Toni Kroos, Mario Götze, Filip Lam, Bastian Şvaynştayger kimi oyunçularla əla nəsil gördük.

Amma düşünürəm ki, indi də nəyəsə nail ola biləcək futbolçu nəsli yetişib.

Almaniya heç vaxt hesabdan silinməməli, həmişə turnirdə iddialı kimi görünməlidir.

Amma son aylardakı oyunumuza nəzər salsanız, bəlkə də qələbəmiz sürpriz olacaq. Son vaxtlar keyfiyyətli futbol göstərə bilmirik. Braziliya yaxşı vəziyyətdədir".

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Deyir, hələ öyrənirik