Almaniya millisində yeni era başladı

1 Avqust 18:40 Almaniya 482
Almaniya millisində yeni era başladı

Mayın 25-də Almaniya millisinə baş məşqçi təyin olunan Hans-Diter Flik bu gün yığmada işə başlayıb.

Sportinfo.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, əvvəlcədən nəzərdə tutulduğu kimi, Avro-2020 başa çatdıqdan sonra Yoahim Lövün komandadan ayrılmasının ardından millidəki işinə start verib.

56 yaşlı mütəxəssis bununla bağlı deyib: "Mənim üçün milli komandanın baş məşqçisi olmaq böyük məsuliyyətdir. Həqiqətən əlimdən gələni edəcəyəm ki, yenidən maraqlı futbol oynayaq.

Milli komandanın uğuru hər şeydən üstündür. Klub səviyyəsindən fərqli bir atmosfer və fərqli bir anlayış var. Gələcək üçün əsas prioritet yığmanın yaxşı və uğurlu futbol oynamasıdır".

Digər Xəbərlər
Xəbər Lenti