"Millinin futbolçuları saçlarının uclarına qədər motivasiyalıdır"

15 İyun 2021 21:30 Almaniya 711
"Millinin futbolçuları saçlarının uclarına qədər motivasiyalıdır"

Almaniya millisinin qapıçısı Manuel Noyer Avro-2020-nin qrup mərhələsinin ilk turunda Fransa ilə oyun öncəsi fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, yığmanın futbolçularının saçlarının uclarına qədər turnirə motivasiyalı olduğunu söyləyib:

"Avropa çempionatının başlamasını çoxdan gözləyirdik. Hər oyunçu hazırdır. İlk oyunumuzu evdə Münhendə keçirəcəyik.

Azarkeşlərimizə borclu olduğumuzu bilirik, oyunumuzla onları ovsunlamaq istəyirik. Dəstəyə ehtiyacımız var. Uğurlu çıxış edəcəyimizə ümid edirik".

Noyer rəqib komandanın hücumçusu Kilian Mbappeni necə dayandıracaqları ilə bağlı verilən sualı belə cavablandırıb:

"Hər şeydən əvvəl özümüzü sabit şəkildə qorumalıyıq, bu qapıçıya da aiddir. Mbappe dünya səviyyəli bir oyunçudur, amma tez-tez belə oyunçularla qarşılaşırıq".

Bu gün keçiriləcək Fransa - Almaniya görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti