Sabiqlər - “Qarabağ”lı müdafiəçi və “Neftçi”nin hücumçusu buradan ayrıldı

28 Yanvar 2025 08:40 I Divizion 1 412
Sabiqlər - “Qarabağ”lı müdafiəçi və “Neftçi”nin hücumçusu buradan ayrıldı

2014-2016-cı illərdə "Qarabağ"da forma geyinmiş müdafiəçi Tərlan Quliyev I Liqa təmsilçisi "İmişli"dən ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda Quliyevlə yanaşı, hücumçu Bahadur Həziyevlə də vidalaşıb.

Tərlan Quliyev kimi, B.Həziyevin də Premyer Liqa təcrübəsi var. Adıçəkilən hücumçu “Neftçi””nin yetirməsidir.

Tərlan karyerasını II Liqada – “Şəfa”da davam etdirəcək. Bahdur isə I Liqa təmsilçisi “Qaradağ Lökbatan”la anlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"