Klub prezidenti elə faktların üstünü açdı ki... Hamının gözü qarşısında VİDEO

24 Yanvar 2025 16:20 I Divizion 1 350
Klub prezidenti elə faktların üstünü açdı ki... Hamının gözü qarşısında VİDEO

«Futbolda inkişafı olması üçün rəqabət lazımdır».

Bu sözlər «Difai»nin prezidenti Asəf Məlikova məxsusdur.

I Liqada mübarizə aparan «fədailər»in başçısı ARB kanalında yayımlanan «Günə bax» verlişinin qonağı olub.

İlqar Mikayıloğlunun aparıcısı olduğu verlişdə «Difai»nin tarixi barədə geniş məlumat verib, bu təşkilatın ötən əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında oynadığı böyük roldan danışıb.

Eyni zamanda, «Difai»nin hazırda idman sferasında gördüyü işlərdən söz açıb.

Klubun I Liqada ikinci mövsümünü keçirməsini xatırladan A.Məlikov futbol sahəsində məqsədyönlü şəkildə fəaliyyət göstərdiklərini bildirib.

Qarabağ müharibəsinin iştirakçılarına yaşıl meydanda özlərini göstərmək imkanı yaratdıqlarını vurğulayan prezident Şuşakənddə yaralanmış Anar Orucovu misal çəkib.

Müsahib həmçinin azarkeşlərin yerli komandalara ögey münasibətindən gileylənib. Məlikov onların sitadiona gəlməyə həvəssiz yanaşdığını, bunun isə futbolçulara mənfi təsir göstərdiyini deyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA