“Karvan” qonşu rayonun komandasına özünü göstərəcək

23 Yanvar 2025 03:00 I Divizion 1 629
“Karvan” qonşu rayonun komandasına özünü göstərəcək

“Karvan”ın qış hazırlığı davam edir.

I Liqa klubu mövsümün ikinci yarısına intensiv hazırlaşır.

Sportinfo.az xəbər verir ki, yevlaxlılar yanvarın 24-də “Mingəçevir”ilə yoxlama oyununda üz-üzə gələcək.

Saat 14:00-da start götürəcək qarşılaşma Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baş tutacaq.

“Karvan” 11 turdan sonra 25 xalla I Liqada ikinci pillədə qərar tutub. “Mingəçevir” yarışın autsayderi olsa da, yeni sponsorun gəlişindən sonra heyətini xeyli gücləndirib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"