Yeni sponsorun gəldiyi bölgə klubunda ilk transfer bombardir oldu

20 Yanvar 2025 19:00 I Divizion 4 074
Yeni sponsorun gəldiyi bölgə klubunda ilk transfer bombardir oldu

Bir neçə gün əvvəl ASTA-nın (Azerbaijan Sport Talents Academy) himayəsinə götürdüyü "Mingəçevir"də transfer çalışmaları başlayıb.

Birinci Liqa təmsilçisi "Turan Tovuz"un hücumçusu Elçin Qasımov ilə anlaşıb.

22 yaşlı forvard bu mövsüm bölgə klubunun ikinci komandasında forma geyinirdi.

O, Əvəzedicilər Liqasının arxada qalan birinci yarısını bombardir kimi tamamlayıb.

Gənc futbolçunun aktivində 16 qol var.

Elçin gənclər millimizin də şərəfini qoruyub.

Baş məşqçi Füzuli Məmmədovun istəyi əsasında "Mingəçevir" Qərb təmsilçisinin başqa bir neçə üzvü ilə də anlaşmağa yaxın olduğunu bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"