Azərbaycanda klub yeni sponsorun ixtiyarına verildi

15 Yanvar 17:20 I Divizion 1 090
Azərbaycanda klub yeni sponsorun ixtiyarına verildi

Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə Azərbaycan I Liqasında çıxış edən "Mingəçevir" ilə ASTA (Azerbaijan Sport Talents Academy) arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Sportinfo.az xəbər verir ki, tədbirdə ASTA-nın prezidenti Rafael Bunyatov, FİF-in icraçı direktoru Tural Piriyev, "Mingəçevir"in İdarə Heyətinin sədri Nurlan Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Tural Piriyev FİF-in vasitəsi ilə daha bir region klubuna tərəfdaş cəlb olunmasından qürur duyduğunu bildirib. O, bölgə təmsilçisinə dəstək olduğu üçün ASTA-ya təşəkkür edib.

İcraçı direktor klubun yeni rəhbərliyi ilə birgə hazırlanmış uzunmüddətli inkişaf planı haqqında məlumat verib.

Rafael Bunyatov "Mingəçevir"ə dəstək olmaqla bölgədə idmanın inkişafına töhfə vermək istədiklərini söyləyib. O, klubla bağlə planlardan söz açıb.

Çıxışlardan sonra imzalanma mərasimi baş tutub. Tərəfdaşlıq müqaviləsini Nurlan Əhmədovla Rafael Bunyatov imzalayıblar.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?