Gərək bir neçə futbolçu şikəst olsun, sonra PFL rəhbərliyinin ağlı başına gəlsin? - VİDEO

1 Mart 09:40 I Divizion 747
Gərək bir neçə futbolçu şikəst olsun, sonra PFL rəhbərliyinin ağlı başına gəlsin? - VİDEO

Azərbaycan I Liqasında 16-cı tura yekun vurulub.

"Mingəçevir" doğma meydanda "Difai"ni qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Hesabı 22-ci dəqiqədə qonaqlar açıb. "Neftçi"nin yetirməsi olan İlham Allahverdiyev cərimə meydançası daxilindən vurduğu qolla qapının torunu silkələyib.

Fasiləyə bir qədər qalmış ev sahibləri status-kvonu bərpa eləyib. Ağsu təmsilçisi Əzəmət Ələkbərlinin topu itirməsi Vidadi Cəfərovun fərqlənməsinə şərait yaradıb.

Vaxtilə gənclər yığmasına çağırılmış və "Səbail"in formasını geyinmiş ağırçəkili forvard yaxın məsafədən başla dəqiq oynayıb.

İkinci hissə daha gərgin və sərt keçib. Növbəti qolu vurmaq üçün irəli atılan mingəçevirlilər "fədailər"in müdafiə xəttini yara bilməyib.

Üstəlik, Kamranbəy Rəhimovun idarəçiliyi hər iki tərəfi narazı salıb. Referi hər xırda fola görə oyunu saxamaqla, azarkeşləri də hiddətləndirib.

"Fit sahibi"nin mübahisəli epizodlarda "Mingəçevir"in lehinə qərarlar verməsi də tribunalara toplaşmış yüzlərlə fanatı sakitləşdirməyib.

Matçın son dəqiqələrində isə meydan gərgin anlara səhnə olub. Elvin Əlizadənin onun topu oyuna daxil etməsinə əsəbiləşən "Difai"nin qapıçısı Əlirza Müştəbəzadə "yuvarlaq meşin"i auta vurub.

Kiper sinəsiylə rəqib hücumçunu geri itələyib, o isə özünü yerə ataraq, yerli publikanı bir qədər də qızışdırıb. Hər iki komandanın futbolçularının köməyi ilə mübahisənin qarşısı alınıb.

Bir-iki kəlmə də meydança barədə. Yəqin ki, Yaşar Məmmədzadənin adını daşıyan stadiona baxış keçirmiş Peşəkar Futbol Liqasının nümayəndələri yuxulu olmayıb.

Elə isə çempionatın təşkilatçısı olan qurumun ekspertlərinin bu arenanı məqbul görməsi çox təəccüblüdür. Hansısa qazondan danışmağa dəyməz.

Burada ot yoxdur. Böyük sahədə ot tapana muştuluq düşür.

Meydan başdan-başa quru və bərkdir. Yer betonlaşıb və kələ-kötürdür. Adicə gəzişmək belə, təhlükə yaradır.

Nə məcburdur ki, "Mingəçevir" belə "qazon"da oynasın və rəqiblər də bu şəhərə gəlsin? Gərək elə bir neçə futbolçu şil-şikəst olsun, ondan sonra PFL rəhbərliyinin ağlı başına gəlsin?

Nə isə… Mingəçevir stadionu ilə bağlı təcili tədbir görülməlidir.

16 turdan sonra 15 xalı olan "Mingəçevir" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Xal ehtiyatını 9-a çatdıran "Difai" isə 9-cu yerdədir.

SPORTİNFO.AZ

Y. Məmmədzadə adına Mingəçevir şəhər stadionu. 450 tamaşaçı
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Zakir Şükürzadə
Dördüncü hakim: Kamil Aydınov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqələr: Fuad Əhmədov, 46 (qeyri-idman hərəkəti); Elvin Əlizadə, 87 (qeyri-idman hərəkəti); Elmin Bayramov, 89 (qeyri-idman hərəkəti) // Benjamin Ebuka, 42 (qeyri-idman hərəkəti); Emil Quluzadə, 71 (qeyri-idman hərəkəti); Əlirza Müştəbazadə, 87 (qeyri-idman hərəkəti)
Qollar: Vidadi Cəfərov, 38 // İlham Allahverdiyev, 22
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 2 dəq.

“Mingəçevir”

22. Elçin Qasımov (k)
95. Elvin Əlizadə
77. Əsgər Hüseynov
11. Əsədulla Heydərov
(20. Elçin Abdullayev, 72)
60. Elmin Bayramov
9. Vidadi Cəfərov
81. Xəyal Muradov
18. Elvin Əliyev
23. Taleh Fərmanov
8. Fuad Əhmədov
10. Nihad Xəlilli

Ehtiyat oyunçular:

13. Toğrul Məhəmmədbəyli
31. Eldar Tərlanov
32. Elvin Əsgərov
14. Nicat Məmmədli

Məşqçi: Ədəhim Niftəliyev

“Difai Ağsu”

12. Əlirza Müştəbazadə
3. Kamil Hüseynov (k)
90. İlham Allahverdiyev
6. Əzəmət Ələkbərli
28. Rəhman Quliyev
(99. Məqsum Qənbərli, 76)
10. Tahir Zeynalov
2. Seymur Rəhimov
16. Emil Quluzadə
9. Bayraməli Qurbanov
5. Əbil Əbilov
21. Benjamin Ebuka

Ehtiyat oyunçular:

22. Maksimilian Şilder
17. Tural Lətifov
4. Fariz Nəcəfov
19. Rəsul İbrahimov
14. Samir Əliyev
50. Qurban Hüseynov
8. Ramin Süleymanov
Baş məşqçi: Elgiz Kərəmli

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI