Təcili Tibbi Yardım maşını gec gəldi, 40 manat AFFA-ya “getdi”

21 May 2023 00:50 I Divizion 364
Təcili Tibbi Yardım maşını gec gəldi, 40 manat AFFA-ya “getdi”

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, AFFA İK Premyer Liqa klubları ilə yanaşı birinci divizion təmsilçilərini də cərimələyib.

16.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Neftçi-2” – “Araz Naxçıvan” oyununda “Neftçi-2” komandasının futbolçusu Həbib İsmayılov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, komanda 20 manat cərimə edilir (maddə 47.1);

16.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Neftçi-2” – “Araz Naxçıvan” oyununda “Araz Naxçıvan” klubunun futbolçusu Emil Bayramov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, komanda 20 manat cərimə edilir (maddə 47.1);

16.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Zaqatala” – “Qəbələ-2” oyununda “Zaqatala” klubunun futbolçusu Kənan Müslümov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimə edilir (maddə 47.1);

16.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Zaqatala” – “Qəbələ-2” oyununda “Zaqatala” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Zaqatala klubu 80 manat cərimə edilir (maddə 51.2);

16.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Zaqatala” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ-2” komandası 80 manat cərimə edilir (maddə 39);

16.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Zaqatala” – “Qəbələ-2” oyunu bitdikdən sonra “Qəbələ-2” komandasının qapıçılar üzrə məşqçisi Elçin Rzazadə oyunun rəsmi şəxslərinə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır, komanda 400 manat cərimə edilir (maddə 41.4);

16.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Səbail-2” – MOİK oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilir (maddə 39);

16.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Səbail-2” – MOİK oyununda MOİK klubunun futbolçusu Elşən Veysov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə edilir (maddə 36.1);

16.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Qaradağ Lökbatan” – “Mingəçevir” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilir (maddə 39);

18.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “Sumqayıt-2” – “Şamaxı-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt-2” komandası 80 manat cərimə edilir (maddə 39).

18.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “İmişli” – “Zirə-2” oyununa Təcili Tibbi Yardım təyin olunan vaxtdan gec gəldiyinə görə “İmişli” klubu 40 manat cərimə edilir (maddə 62.2);

18.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “İmişli” – “Zirə-2” oyununda “İmişli” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 51.2);

18.05.2023-cü il tarixində I Divizionun XXIX turunun “İmişli” – “Zirə-2” oyununda meydançaya kənar əşyalar atıldığına görə “İmişli” klubu 160 manat cərimə edilir (maddə 51.1).

Digər Xəbərlər
Xəbər Lenti