"Zirə" - addım-addım inkişafa və klublaşmağa doğru

4 Avqust 2020 13:54 Zirə 1 167
"Zirə" - addım-addım inkişafa və klublaşmağa doğru

Düz 1 il sonra "Zirə" özünə yeni prezident tapdı. Taleh Nəsibov dünən bu vəzifəyə təyin edildi.

Onun baş direktoru olduğu "Azfar Group" şirkəti həm “Zirə” PFK-nın, həm də Azərbaycan Mini Futbol Federasiyasının təsisçisidir.

1 aydan artıq idi ki, onun namizədliyi gözdən keçirilirdi. Artıq fəaliyyətini dayandırmış «Şüvəlan»ıın sabiq prezidenti Seyidağa Babayevlə bərabər.

T.Nəsibov klubun fəxri prezidenti Orxan Məmmədovun ən inanılmış kadrlarından biridir. Etibarlı şəxs imici qazanııb. «Zirə»nin ondan əvvəlki 2 prezidentindən fərqli olaraq, O,Məmmədova yaxınlığı şübhə doğurmur.

2014-cü ilin yayından fəaliyyətə başlayan qəsəbə təmsilçisi ötən müddət ərzində 2 rəhbər dəyişib. Vüqar Astanov da, Natiq İsmayılov da kənar şəxslərin tövsiyəsi ilə klubun başına gətirilib. Və ikisi də onlara bəslənilən ümidləri doğrultmadı.

Maraqlıdır ki, Astanovla İsmayılov sırf futboldankənar amillər üzündən istefa verib. İndi haradadırlar - bilinmir. Bu, heç ictimaiyyətə də maraqlı deyil.

Onları zaman-zaman gündəmə gətirən statusları, klub prezidenti olmaqları idi. Tutduqları vəzifənin mahiyyətinə varsaydılar, yəqin ki, məlum aqibətlə üzləşməzdilər.

Taleh Nəsibov klub üçün uğurlu seçimdir. Onun həqiqi prezident olmaq şansı əvvəlkilərdən daha çoxdur. Adıçəkilən şəxs, əslində, bir müddətdir ki, bu səlahiyyətləri yerinə yetirməyə başlayıb.

Komanda Qəbələ toplanışına start verəndən iş başındadır. Necə deyərlər, təşkilati və dijər məsələlərin həllində
Rəşad Sadıqova kömək edir. Onu fəxri prezidentlə baş məşqçi arasında ən rahat «körpü» və ya əlaqələndirici də hesab etmək olar.

İndiyədək «Zirə»də bu çatışmırdı. Sadıqovun təyinatından keçən qısa müddətdə göründü ki, klub yeni təşkilatlanma mərhələsindən keçir. İşə yanaşmada fərqliliklər gözə dəyir və müddətlə bu, daha çox hiss olunacaq, görünəcək.

Əlbəttə, Sadıqov bura gəlibsə və 3 illik müqaviləyə imza atıbsa, köhnə sistemlə fəaliyyət göstərməyəcəyi bilinirdi, artıq güman etmək olar ki, idarəçilikdə yeni, heç kimin tanımadığı digər simaları da görə bilərik.

Sadıqov «Zirə»yə «Qarabağ»dan – yönətimi saat mexanizmi kimi çalıışan klubdan təşrif buyurub. O, kağız üzərində olanları yeni iş yerində reaallıığa çevirməyin yollarıına oradan bələddir.

Əlində səlahiyyət, beynində bir təcrübə var və nəzəriyyə ilə praktikanı birləşdirmək imkanı daxilindədir. Nə istəsə, necə istəsə, elə də olacaq. Zəmanəti var, çünki ona inam güclüdür.

Sadqov yalnız yeni komanda deyil, yeni klub da formalaşdrmalıdır. Hər iki istiqamətdə paralel tər axıdacaq. İş bir tək komanda qurmaqdan ibarət olsaaydı, daha nə var idi ki…

Bu, aysberqin görünən tərəfi, daha asan olan tərəfidir. Bir də klubu ikinci dəfə düzənləmək…

Taleh Nəsibov öz fikri, hadisələrə öz baxışı və çevik qərarlar vermək xüsusiyyəti olan şəxsdir. İşin ən gərgin çağıında özündən qabaqkılar kimi yatıb yuxuya qalmayacaq, «nə edim, necə edim» deyib, vurnuxmayacaq, zəng gözləməyəcək.

Orxan Məmmədov sağında, Rəşad Sadıqov solunda – «Zirə»ni daha üst səviyyəyə çatdrmaq üçün «beyin mərkəzləri»ni birləşdirmək ona çətin olmamalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti