"Zirə"də 23-cü legioner

9 Mart 2020 19:02 Zirə 1 052
"Zirə"də 23-cü legioner

Davit Volkov “Zirə”nin heyətində qol hesabını açıb.

Sportinfo.az xəbər verir ki, gürcüstanlı legioner ilk qolunu Azərbaycan Premyer Liqasının XX turunun “Səbail”lə səfər matçında vurub.

3:1 hesablı qələbədə pay sahibi olan Volkov klub tarixinə qol sevinci yaşayan 64-cü oyunçu kimi düşüb. O, Premyer Liqada “Zirə” forması ilə fərqlənən 42-ci futbolçu olub.

Volkov “qartallar”ın heyətində yüksək dəstədə qol sevinci yaşayan ilk gürcüstanlıdır. Ona qədər Premyer Liqada 17 ölkədən olan 22 legioner fərqlənib. Gürcüstan bu siyahıda 18-ci, Davit isə 23-cü olub.

Komandada Fransa, Serbiya hərəsindən üç, Paraqvaydan 2, Albaniya, Botsvana, Fil Dişi Sahili, Gürcüstan, Haiti, İspaniya, Malavi, Mali, Moldova, Monteneqro, Nigeriya, Qana, Rumıniya, Salvador, Trinidad və Tobaqodan bir futbolçu qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti