"Zirə"dən VACİB QƏRARLAR

28 Fevral 2020 20:20 Zirə 1 216
"Zirə"dən VACİB QƏRARLAR

«Zirə» qarşıdakı bir neçə həftədə baş məşqçisi ilə yoluna davam edəcək.

Sportinfo.az bu barədə məlumat klubdan alıb. Məlum olub ki, fəxri prezident Orxan Məmmədov yenə də Zaur Həşimova öz dəstəyini nümayiş etdirib.

Komandanın Premyer Liqanın son 3 turunda məğlubiyyətləri sıralamasına baxmayaraq, klubun rəhbəri gənc çalışdırıcının öz işini davam elətdirməsini istəyib.

Təbii ki, nəticələri yaxşılaşdırması şərtiylə. Əgər bu olmasa, onda Həşimovun məsələsinə baxılacaq. Mövsümün əvvəlində Samir Abasovu əvəzləyən həmkarı kollektivi uğursuzluq zolağından çıxara bilməsə və öz istəyi ilə istefa ərizəsi yazsa, ona «qal» deyilməyəcək.

Həmin vaxt onun yeri kim tutacaq? Artıq bu sualın da cavabı məlumdur – Vüqar Məmməd. AFFA-nın U-19 yığmasının sükanı arxasından uzaqlaşdırdığı Məmməd bu ilin əvvəlindən «Zirə»də Həşimovun əsas köməkçisidir.

Xəbər Lenti