"Zirə" cəriməni Ramazanovun özünə ödətdirəcək

9 Fevral 2020 21:10 Zirə 1 105
"Zirə" cəriməni Ramazanovun özünə ödətdirəcək

Premyer Liqanın 16-cu turu çərçivəsində keçirilən «Sumqayıt» - «Zirə» qarşılaşması kifayət qədər gərgin alındı.

«Kimyaçıar» oyunun gedişində 9 nəfərlə qalan rəqibinə 2:1 hesabıyla qalib gəldi.

Baş hakim Orxan Məmmədov əlini 13 dəfə cibinə atdı ki, bunlardan 4-ü ev sahiblərinin, qalanı isə qonaqların «payına düşdü».

İlkin Muradov 37, Ağabala Ramazanov 68-ci dəqiqədə qırmızı vərəqə alaraq, meydandan uzaqlaşdırıldı.

«Zirə»nin baş məşqçisi Zaur Həşimov oyunsonrası mətbuat konfransında hər iki futbolçunun məsələsinə klubdaxili iclasda baxılacağını bildirdi.

Sportinfo.az-ın məlumatına görə, AFFA İntizam Komitəsinin verəcəyi cəzanı gözləyir. İlkindən fərqli olaraq, Ağabala federasiyanın kəsəcəyi cəriməni öz cibindən ödəyəcək.

Çünki Muradov hakimin səhfi ucbatından vaxtından xeyli əvvəl paltardəyişmə otağının yolunu tutubsa, Ramazanov idmançıya yaraşmayan hərəkət edib, rəqibin ayağına qəsdən zərbə endirib.

Digər Xəbərlər
Xəbər Lenti