"Neftçi"ni 3-cü yerdən aşağı sal, ikiqat mükafat al!

5 Fevral 2020 16:00 Zirə 1 667
"Neftçi"ni 3-cü yerdən aşağı sal, ikiqat mükafat al!

Premyer Liqanın üçüncü dövrəsinə "Sabah" üzərində 2:0 hesablı qələbə ilə start verən "Zirə"nin futbolçuları rəhbərlikdən bunun qarşılığını görüb.

Sportinfo.az-ın məlumatına görə, klubun fəxri prezidenti Orxan Məmmədov komanda üzvlərini 700-1000 manat məbləğində mükafatlandırılıb.

"Zirə" 15 turdan sonra 20 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Qartallar" bir üst sırada yer alan "Neftçi"dən cəmi 6 xal geridədir.

O.Məmmədov komandanın qarşısına şərt qoyub, əvəzində nə edəcəyini futbolçulara elan edib. Əgər "Zirə" 3-ci yerə yüksələrsə, mükafatın miqdarı iki dəfə artacaq.

Digər Xəbərlər
Xəbər Lenti