Dörd futbolçudan biri - Ağabala Ramazanov

3 Fevral 2020 19:45 Zirə 793
Dörd futbolçudan biri - Ağabala Ramazanov

Ağabala Ramazanov “Zirə”dəki debüt oyununda qol hesabını açıb. Sportinfo.az xəbər verir ki, hücumçu Azərbaycan Premyer Liqasının XV turunun “Sabah”la görüşündə (2:0) bunu gerçəkləşdirib. O, 45+1-ci dəqiqədə qonaqların qapısına yol tapıb.

Ağabala klub tarixinə Premyer Liqada qol vuran 41-ci oyunçu kimi düşüb. Ona qədər 40 futbolçu rəqib qapısından top keçirmişdi.
Ramazanov “Zirə”nin heyətində Premyer Liqadakı debüt matçında qol hesabını açan 4-cü futbolçudur. “Sabah”la qarşılaşmaya qədər qol sevinci yaşayan 40 oyunçudan yalnız üçü ilk qarşılaşmada fərqlənmişdi.

2015-ci ildə Viktor İqbekoyi AZAL-la ev (1:0), 2018-ci ildə Aleksandr Dedov “Qəbələ”ylə səfər (1:2), Pərdis Fərcad-Azad “Keşlə”ylə ev (2:2) görüşündə buna nail olub.

Digər Xəbərlər
Xəbər Lenti