Azərbaycan klubunun tarixində yeni rekord

3 Fevral 2020 16:37 Zirə 800
Azərbaycan klubunun tarixində yeni rekord

“Zirə” Azərbaycan Premyer Liqasının XV turunda “Sabah”ı 2:0 hesabı ilə məğlub edərək ardıcıl 5-ci ev oyununda qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, “qartallar” üçü çempionat, ikisi Azərbaycan kubokunda olmaqla öz meydanındakı son beş görüşdə qalib gəlib. Bu qələbələrdən biri əlavə vaxtda əldə olunub.

Evdəki son xal itkisi 2019-cu il noyabrın 3-də qeydə alınıb. Həmin gün komanda “Sumqayıt”la çempionat matçında heç-heçə edib – 2:2. Ardınca Premyer Liqada “Keşlə” (3:1) və “Səbail” (4:1), kubokda “Qaradağ-Lökbatan” (4:0) və “Səbail” (1:0, əlavə vaxtda) üzərində qələbələr qazanılıb. “Sabah”la görüşdə isə bütün turnirləri əhatə edən seriya 5-ə çatıb.

Bu, “Zirə”nin tarixində yeni rekorddur. “Qartallar” indiyədək heç vaxt ardıcıl 5 ev qarşılaşmasında qələbə qazanmamışdı. Bunadək ən yaxşı nəticə 2015-2016-cı illərə təsadüf edirdi. Həmin vaxt komanda ardıcıl 4 görüşdə qalib gəlib.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"