"Avrokubok zonası barədə fikirləşmirik" - ZAUR HƏŞİMOV

1 Fevral 2020 17:31 Zirə 838
"Avrokubok zonası barədə fikirləşmirik" - ZAUR HƏŞİMOV

"Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın 15-ci turunun "Sabah"la görüşündən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə 2:0 hesablı qələbə barədə fikirlərini bölüşüb.

"Qış fasiləsində müəyyən qədər transferlər etdik. Bu gün 5 yeni futbolçumuz meydanda idi. Oyunumuzun daha da yaxşılaşması üçün vaxt lazımdır. Nəticə bizi qane etdi. Əsas odu ki, 3 xal qazandıq.

"Şafik Tiqrudca hazır durumdadır. Sadəcə, bu gün taktiki gedişlə bağlı heyətdə olmadı. Avrokubok zonası barədə fikirləşmirik. Qarşıdakı oyunlarda 3 xal qazanmaq istəyirik. Növbəti oyunlara maksimum köklənməliyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti