"Zirə"nin futbolçusu cəzalı duruma düşdü

1 Fevral 2020 16:30 Zirə 790
"Zirə"nin futbolçusu cəzalı duruma düşdü

"Zirə"nin futbolçusu Elvin Camalov cəzalı duruma düşüb.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında XV turun "Sabah"la ev oyununda mövsümdə 4-cü sarı vərəqəsini alıb.

O, daha əvvəl III turda elə "Sabah" (1:1), XII turda "Keşlə" (3:1) ilə ev, XIII turda "Qəbələ" (0:3) ilə səfər oyunlarında da xəbərdarlıqla üzləşib.

Beləliklə, Camalov XVI turun "Sumqayıt"la səfər oyununu buraxmalı olacaq. Bu matç fevralın 8-də "Kapital Bank Arena"da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!