Zaur Həşimovun bəyənmədiyi hücumçu 5 dəqiqəyə het-trik etdi

27 Yanvar 2020 19:36 Zirə 3 421
Zaur Həşimovun bəyənmədiyi hücumçu 5 dəqiqəyə het-trik etdi

Qış fasiləsində "Zirə"ni Malayziyanın "Melaka Yunayted" klubuna dəyişən Soni Nordenin yeni klubunda debütü kifayət qədər uğurlu alınıb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, haitili hücumçu "Negeri Sembilan" ilə yoxlama matçında 3 qol vurub. 30 yaşlı futbolçu cəmi 5 dəqiqəyə het-trik etməklə, bütün diqqətləri üzərinə çəkib.

Görüş isə "Melaka"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!