İki dost "Zirə"nin baş məşqçisinə barmaq silkələdi!

25 Yanvar 2020 16:09 Zirə 1 210
İki dost "Zirə"nin baş məşqçisinə barmaq silkələdi!

"Zirə"nin baş məşqçisi Zaur Həşimov ciddi problemlə üzləşib.

Sportinfo.az-ın məlumatına görə, Xulio Sezar Rodriges və Adrian Skarlatake gənc çalışdırıcını çətin vəziyyətə salıb. Xüsusən də paraqvaylı hücumçu.

"Qəbələ"dən Davit Volkovla "Səbail"dən Ağabala Ramazanovun gətirilməsindən narahat olan Xulio baş məşqçiyə sərt şəkildə xəbərdarlıq edib.

O, əsas heyətə düşməyəcəyi halda, komandada qalmayacağını iddia eləyib. Həşimov eyni sözləri Skarlatakedən də eşidib.

Ümumiyyətlə, Zaur bəy futbolçularla münasibətini hələ də nizamlaya bilməyib. Baş məşqçi bir qrup oyunçunun "əlində qalıb".

Komandaya faydası dəyməyən Cavid Hüseynova gücü çatmadı, əvəzində Elvin Məmmədovla Bəxtiyar Həsənalızadəni əvəzedici heyətə göndərdi.

Kapitanla bacarmayan çalışdırıcıya indi düşərgədə hörmətlə yanaşan azdır. Rodriges hələ aylar öncə Həşimovu mətbuat vasitəsilə "sancmışdı".

Okeanın o tayından gələn forvard Samir Abasovun postundan uzaqlaşdırılmasına "onu saxlamaq olardı" tipli açıqlamasıyla etiraz eləmiş, bununla, yeni baş məşqçiyə barmaqarası yanaşdığını göstərmişdi.

Adriana gəlincə, o, Həşimovun qışda djüşərgədən uzaqlaşdırmaq istədiyi adların başında gəlirdi. Rumıniyalı müdafiəçiyə özünə klub tapması tapşırılmışdı.

Sabiq "Xəzər-Lənkəran"lı tapşırılanı etmədi, qaldı. "Zirə"dən ayda 8000-9000 dollar maaş alan Skarlatake gördü ki, başqa yerdə bu qədər pul qazanmayacaq, getmədi.

Adrianla Xulio eyni zamanda yaxın dostdular. Adıçəkilən cütlüyün komandaya təsir gücünün ondan çox olması Həşimovun özünə də bəllidir.

Digər Xəbərlər
Xəbər Lenti