"Zirə"nin tarixində bundan ucuz legioner olmayıb!

22 Yanvar 2020 22:20 Zirə 1 412
"Zirə"nin tarixində bundan ucuz legioner olmayıb!

"Zirə" ilə mövsümün sonunadək müqavilə bağlayan Yovan Krnetanın qəsəbə təmsilçisindəki qazancı bəlli olub.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, serbiyalı müdafiəçi aylıq 1800 dollar məvacib alacaq. 27 yaşlı oyunçu "qartallar"ın heyətində indiyə qədər oynamış ən ucuz legioner olacaq.

Krnetanın "Zirə"yə keçidinin yubanmasının əsas səbəbi də məhz maliyyə ilə bağlı olub. Klubun təklif etdiyi məbləğlə razılaşmaq istəməyən futbolçu başqa komanda tapa bilmədiyindən Azərbaycan təmsilçisinə "hə" deməyə məcbur olub.

Əvvəl də xəbər verdiyimiz kimi, serbin qəsəbə klubu ilə az maaşa razılaşmasında əsas rolu həyat yoldaşı - voleybol millimizin üzvü Yelizaveta Səmədovanın Bakıda yaşamaq istəməsi oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu