"Zirə" Antalyada - yenə 2:0

21 Yanvar 2020 17:47 Zirə 1 473
"Zirə" Antalyada - yenə 2:0

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi bu dəfə Serbiya yüksək liqa təmsilçisi "Napredak" klubu ilə üz-üzə gəlib. Bakı vaxtı ilə saat 16:00-da başlayan görüşdə "qartallar" 2:0 hesablı qələbəyə seviniblər. Komandanın heyətində Riçard Qadze və Davit Volkov fərqləniblər. Bu, gürcü hücumçunun yeni klubunda ilk qolu olub.

Qeyd edək ki, ilk matçında Türkiyə "Ümraniyespor"una 0:3 hesabı ilə məğlub olan "Zirə" ikinci oyununda Rumıniya "Sepsi"sinə qalib gəlib - 2:0.

Yoxlama oyunu

21 yanvar

16:00. "Zirə" - "Napredak" (Serbiya) - 2:0

Qollar: Riçard Qadze, Davit Volkov

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!