"Avropa Liqasına vəsiqə qazanacağımıza inanıram"

21 Yanvar 2020 21:35 Zirə 1 265
"Avropa Liqasına vəsiqə qazanacağımıza inanıram"

"Çox çalışırıq, hər şey əla gedir. Fikrimcə, çempionatın qalan hissəsində tam formada olacağıq" - bu sözləri Sportinfo.az saytına açıqlamasında "Zirə"nin qapıçısı Boyan Zoqoviç deyib.

Antalyadakı təlim-məşq toplanışını dəyərləndirən 31 yaşlı serbiyalı qolkiper məqsədlərinin yüksək yer tutmaq olduğunu deyib.

Qəsəbə klubuna 2019-cu ilin yayında ölkəsinin "Baçka" klubundan transfer edilmiş Zoqoviç düşərgədə atmosferin qaydasında olduğunu bildirib: "Yoxlama oyunları normal keçir. Düşünürəm ki, yaxşı komandamız, hər mövqeyə lazım olan güclü oyunçularımız var. Bu heyətlə yaxşı nəticələr əldə edəcəyimizə və Avropa Liqasına vəsiqə qazanacağımıza inanıram. Ancaq əlbəttə, bunu meydanda sübut etməliyik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"