Rumınlarla 8-ci duel

16 Yanvar 2020 15:05 Zirə 1 242
Rumınlarla 8-ci duel

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Zirə” ikinci yoxlama oyununu yanvarın 16-da Rumıniyanın “Sepsi” klubuna qarşı keçirəcək.

Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi indiyədək bu ölkədən olan komandalarla 2 rəsmi, 5 qeyri-rəsmi matçda üz-üzə gəlib.

Yoxlama oyunlarının hamısı Türkiyə toplanışları çərçivəsində təşkil olunub. 2015-ci ilin qışında “Tırqu Mureş”ə 1:0 hesabı ilə qalib gəlib. İlyarım sonra – 2017-ci ilin yayında “Vitorul”la qarşılaşan “qartallar” 1:2 hesabı ilə uduzublar.

Son iki qış fasiləsində “Voluntari” sınaqçı rəqib olub. “Zirə” hər iki görüşdə rumıniyalılara qalib gəlib. 2018-ci ildə 2:0, ötən il isə 1:0 hesablı nəticə qeydə alınıb.

2019-cu ildə “Zirə” daha bir dəfə bu ölkə təmsilçisi ilə görüşüb. Yayda “Konkordiya”ya qarşı keçirilən görüşdə qol vurulmayıb. Beləliklə, 5 yoxlama oyununda 3 qələbəsi olan “qartallar” 1 heç-heçə edib və 1 dəfə uduzub. 5 qol vurub 2-ni buraxıblar.

“Zirə” Avropa Liqasında mübarizə apardığı 2017/18 mövsümündə də Rumıniya klubu ilə üz-üzə gəlib. II təsnifat mərhələsinin “Astra” ilə səfər qarşılaşmasında 1:3 hesabı ilə uduzan komanda evdə qolsuz heç-heçə edib.

Qeyd edək ki, “Zirə” ilk yoxlama oyununda Türkiyə təmsilçisi “Ümraniyəspor”a 0:3 hesabı ilə uduzub.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"