London "Arsenal"ının yetirməsi RƏSMƏN "Zirə"də!

14 Yanvar 2020 14:44 Zirə 1 613
London "Arsenal"ının yetirməsi RƏSMƏN "Zirə"də!

"Zirə" yeni futbolçu ilə anlaşıb. Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi Ali Sesayla müqavilə bağlayıb.

25 yaşlı syerra leoneli müdafiəçi ilə müqavilənin müddəti 1.5 ili əhatə edəcək.

London "Arsenal"ının yetirməsi olan Sesay daha əvvəl İngiltərənin "Lester", "Kolçester", "Kembric", "Barnet", İsveçin "Frey", Yunanıstanın "Kissamikos" və Bolqarıstanın "Arda" klubunda çıxış edib. Futbolçu Syerra Leone yığmasının üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM