"Zirə" ilk "imtahan"dan 3 aldı

11 Yanvar 2020 18:28 Zirə 1 206
"Zirə" ilk "imtahan"dan 3 aldı

Antalyada təlim-məşq toplanışında olan "Zirə" bu gün hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Zaur Həşimovun komandası Türkiyənin I liqa təmsilçisi "Ümraniyəspor"la qarşılaşıb. Görüş "qartallar"ın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

"Zirə" ilk hissədə bu heyətlə mübarizə aparıb: Orxan Sadıqlı, Elvin Camalov, Alvaro Ampuero, Cavid Hüseynov (k), Ağabala Ramazanov, David Volkov, Xulio Sezar Rodriqes, Miloş Bakraç, Adrian Skarlatake, Tellur Mütəllimov, Əli Şirinov.

Fasilədən sonra isə bu oyunçular meydana buraxılıb: Boyan Zoqoviç, Ali Sisay, Yovan Krneta, Rafael Məhərrəmli, Nicat Süleymanov, İlkin Muradov, Şafik Tiqruca, Castin Jozef, Robin Nqalande, Mfo Kqasvane, Riçard Qadze.

"Qartallar" Türkitə toplanışı çərçivəsində yanvarın 16-da Rumınyanın "Sepsi", 21-də isə Serbiyanın "Napredak" komandası ilə qarşılaşacaq. "Zirə" yanvarın 22-də Bakıya qayıdacaq.

Xəbər Lenti