"Deyəsən, gücünüz yalnız mənə çatdı" - Futbolçu baş məşqçiyə qarşı

5 Yanvar 2020 19:43 Zirə 1 854
"Deyəsən, gücünüz yalnız mənə çatdı" - Futbolçu baş məşqçiyə qarşı

"Zirə" 3 gündür mövsümün ikinci dövrəsinin hazırlıqlarına start verib.

Zaur Həşimov xidmətində maraqlı olmadığı futbolçulardan Elvin Məmmədovla Bəxtiyar Həsənəlizadəni əvəzedici heyətə göndərib.

Sportinfo.az-ın məlumatına görə, baş məşqçinin bu seçimi Məmmədovu özündən çıxarıb.

Gənc çalışdırıcı ilə görüşən yarımmüdafiəçi ona qarşı qərəzli addım atıldığını deyib: "Samir Abasov gedəndən sonra başa düşdüm ki, burada mənə qarşı bir "oyun" olacaq.

Çünki Abasov dəvət göndərəndə, görürdüm ki, kim komandaya gəlməyimi istəmir. Belə olmaz. Deyəsən, gücünüz yalnız mənə çatdı.

Komandadan göndərilməli olan o qədər futbolçu var ki… Heç birini yola sala bilmirsiz, mənə deyirsiz ki, "dubl"a get".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”