"Zirə"nin qış yuxusu - FOTOREPORTAJ

4 Yanvar 2020 09:30 Zirə 955
"Zirə"nin qış yuxusu - FOTOREPORTAJ

Qış fasiləsinə yekun vuran “Zirə” bu gündən etibarən mövsümün qalan hissəsi üçün hazırlığa start verib.

Sportinfo.az xəbər verir ki, Zaur Həşimovun çalışdırdığı kollektiv Bakıda bir araya gəlib. “Qartallar” ayın 7-nə kimi paytaxtda hazırlıq keçəcək. Ayın 8-də isə komanda Türkiyənin Antalya şəhərinə yola düşəcək.

Qəsəbə təmsilçisi burada “İC Santai” otelində məskunlaşacaq. “Zirə” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb.

Komanda yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, 16-da Rumıniyanın “Sepsi”, 21-də isə Serbiyanın “Napredak” klubları ilə qarşılaşacaq. “Qartallar” yanvarın 22-də Bakıya dönəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”