"Zirə" açıqladı: 12 ayda 12...

30 Dekabr 2019 20:30 Zirə 781
"Zirə" açıqladı: 12 ayda 12...

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”lə evdəki cavab oyunu (1:0) “Zirə”nin 2019-cu ildə son matçı oldu.

Sportinfo.az xəbər verir ki, “qartallar” ilə fevralın 2-də “Sabah”la Premyer Liqadakı ev matçı (0:2) ilə başlayıb.

2018/19 mövsümünün ikinci, 2019/20 mövsümünün ilk yarısını əhatə edən il ərzində komanda 33 rəsmi qarşılaşmaya çıxıb. Bunlardan 28-i Premyer Liqa, 5-i ölkə kubokunda baş tutub.

“Zirə” il ərzində 12 qələbə qazanıb, 11 heç-heçə edib və 10 dəfə uduzub. Rəqib qapılarından 44 top keçirən komanda 40 qol buraxıb.

28 çempionat oyununda 10 qələbə və eyni sayda məğlubiyyəti olan qəsəbə təmsilçisi 8 dəfə sülhə imza atıb. Top fərqi 36-37-di. Kubokdakı 5 görüşdə uduzmayan “Zirə” futbolçuları 2 qələbə və 3 heç-heçəyə nail olublar. 8 qol vuran komanda 3 top buraxıb.

İl ərzində 41 futbolçu “Zirə” formasını geyinib. Xulio Sezar Rodriqez 28, Tellur Mütəllimov 27, İlkin Muradov, Adrian Skarlatake, Bəxtiyar Həsənalızadə və Mfo Kqasvane 25 dəfə şans qazanıb.

2019-cu ildə “Zirə”nin bombardiri Xuliodu. O, 15 dəfə qol sevinci yaşayıb. Mfo 5, Nicat Süleymanov 4 dəfə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti