COP29

Rəşad Sadıqov tanınmış şəxsi Azərbaycana qaytardı

11 Noyabr 11:40 Zirə 5 221
Rəşad Sadıqov tanınmış şəxsi Azərbaycana qaytardı

«Zirə» tanış və tanınmış sima ilə anlaşıb.

Qəsəbə təmsilçisi Türkiyə millisinin həkim-fizioterapevti Murat Şahinoğlu ilə müqavilə imzalayıb.

Əvvəllər «Qarabağ»da da işləmiş tibb mütəxəssisi 2025-ci ilin yayına qədər «qartallar»ın sağlamlığının qeydinə qalacaq.

Baş məsqçi Rəşad Sadıqov şəxsi münasibətlərindən istifadə edərək, onu Azərbaycana qayıtmağa razı sala bilib.

Dörd ildən artıq müddətdə burada çalışmış Radişa Milosavljeviç vətəninə qayıdıb.

Onun ölkəsinə qəfil dönüşünün səbəbi də məlumdur. Belə ki, Milosavljeviçin ailəsində problem yaranıb. Həyat yoldaşının səhhəti pisləşdiyi üçün Azərbaycandan getməli olub.

Xanımından gələn xəbərdən sonra özünü işə verə bilməyən balkanlı yekunda müqaviləsinə xitam verilməsini istəyib.

Radişa Milosavljeviçin Azərbaycanda ilk iş yeri «Bakı» olub. O, 2013-cü ildə Bojidar Bandoviçin dəvəti ilə ölkəmizə gəlib və 1 il «zolaqlılar»ın sağlamlığının qeydinə qalıb.

Daha sonra Qurban Qurbanovun dəvətiylə «Qarabağ»a yollanıb. 2019-cu ilin yanvarında «Qarabağ»ı «Kayserispor»a dəyişib.

Türkiyədə Robert Prosineçki ilə bir neçə ay çalışdıqdan sonra işsiz qalıb. Rəşad Sadıqov “Qarabağ”dan yaxşı tanıdığı serbiyalıya belə bir vaxtda yardım əlini uzadıb, Azərbaycana qaytarıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!