COP29

Rəşad Sadıqov: “Bu, mənə pis təsir etdi, qəribə gəldi”

13 Avqust 08:50 Zirə 1 298
Rəşad Sadıqov: “Bu, mənə pis təsir etdi, qəribə gəldi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasında rəqibləri olan “Osiyek”in (Xorvatiya) çalışdırıcısı Frederiko Koppitellinin komandalar arasında keçirilən ilk oyundan sonrakı açıqlamasına cavab verib.

Sportinfo.az xəbər verir ki, o, həmkarının dediklərinin ona qəribə gəldiyini bildirib:

“Onun açıqlamasını oxumuşam. Dərhal mənə pis təsir etdi, qəribə gəldi.

İkinci hissədə aşkar üstün tərəf biz idik. Onların vurduğu qol da bizim top itkimizdən sonra baş verdi. Bəlkə isti-isti belə danışıb”.

“Osiyek”in baş məşqçisi Federiko Koppitelli Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Zirə” ilə bərabərə qalmaqlarını şərh edib.

İtaliyalı mütəxəssis təmsilçimizlə görüş haqda bunları deyib:

"Oyun bizim nəzarətimizdə idi. Amma bir səhv ən yaxşı nəticəni əlimizdən aldı.

“Zirə”yə heç nəyə imkan vermədik. Onların hücumçularına çox yaxşı nəzarət etdik.

Lakin səhvlərdən sonra inkişaf etməliyik. Biz öz oyunumuzdan əl çəkmədik.

Bir anda özümüzü çoxlu yorğun insanların olduğu bir sahədə gördük. Düzünü desəm, matç zamanı məndən “Zirə”nin bizə qol vura biləcəyini soruşsaydınız, yox cavabını verərdim".

Digər Xəbərlər
Xəbər Lenti