COP29

Sudanlı hücumçu “Zirə” haqda dedi: “Səbirsizliklə gözləyirəm”

21 İyun 09:00 Zirə 1 953
Sudanlı hücumçu “Zirə” haqda dedi: “Səbirsizliklə gözləyirəm”

“Şerif”in yeni transferi Adjak Riak avrokuboklarla bağlı hədəflərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, sudanlı hücumçu Tiraspol təmsilçisinin Avropa arenasındakı uğurlarından xəbərdar olduğunu bildirib.

23 yaşlı forvard Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə” ilə keçiriləcək qarşılaşmanı səbirsizliklə gözlədiyini vurğulayıb:

“Avropa Liqasında “Zirə”yə qarşı keçirəcəyimiz ilk oyunu səbirsizliklə gözləyirəm. Çünki bu, mənim Avropa arenasında debütüm olacaq.

“Şerif”in kifayət qədər zəngin avrokubok tarixi var. Ona görə də beynəlxalq yarışlarda bu uğurlarda pay sahibi olmaq mənim üçün vacibdir.

Qarşıda çətin sınaq var. Ancaq komanda ilə birlikdə inkişaf etməyə və qalib gəlməyə hazıram. Böyük komandalarla oyunlarda özümü göstərmək istəyirəm”.

“Zirə” ilə “Şerif” arasında ilk oyun iyulun 11-də Tiraspolda, cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti