Rəşad Sadıqovdan müəmma doğuran və maraqlı qarşılanan "Neftçi" paylaşımı - VİDEO

19 Fevral 2024 19:20 Zirə 1 097
Rəşad Sadıqovdan müəmma doğuran və maraqlı qarşılanan "Neftçi" paylaşımı - VİDEO

Azərbaycan Premyer Liqasının 23-cü turunun "Neftçi" - "Zirə" matçından sonra (1:0) qonaqların baş məşqçisi Rəşad Sadıqov sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, o, qarşılaşmanın keçirildiyi "Neftçi Arena"nın dəhlizindən görüntülər paylaşıb.

Sadıqov xüsusilə bu klubla çempionluq sevinci yaşadığı 2004 və 2005-ci illəri və divarda əks olunan fotosunu qeydə alıb.

Rəşad Sadıqov 3 dönəm (2001-2002, 2003-2005 və 2006-2008) "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"la 2 dəfə çempion olub və 2 ölkə kubokunu qazanıb. Son dönəmdə isə Zaur Tağızdə ilə birlikdə "Neftçi"nin kapitanı olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu