"Zirə" Premyer Liqanın 14-cü turunu xal itkisi ilə başa vurdu.
"Sumqayıt"ın qonağı olan "qartallar" meydandan bir xalla ayrılmalı olub.
Bərabərliklə bitən (0:0) matçı izləyənlər arasında paytaxt təmsilçisinin ali şəxsləri də yer alıb.
Söhbət komandanın fəxri prezidenti Orxan Məmmədovdan gedir.
Vip-lojada əyləşən Məmmədov qarşılaşmanı prezident Taleh Nəsibovla bərabər izləyib.
XANOĞLAN / SPORTİNFO.AZ