"Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir, onu Dellasla müqayisə edə bilərəm"

17 Sentyabr 2022 13:20 Zirə 642
"Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir, onu Dellasla müqayisə edə bilərəm"

"Buraya komandanın baş məşqçisi Rəşad Sadıqov sayəsində gəlmişəm.

O, uzun illər Azərbaycan millisinin kapitanı olub və ölkə futbolunun əfsanəsidir. Sadıqovu Trayanos Dellasla müqayisə edə bilərəm".

Sportinfo.az xəbər verir ki, bunu yunanıstanlı legioner Dmitrios Çantakias "Zirə"yə keçidi ilə bağlı "Gazzetta.gr" saytına müsahibəsində deyib.

Çantakias 2020-ci ilin sentyabrından "Zirə"də çıxış edir. 27 yaşlı müdafiəçi Bolqarıstanın "Çerno More" klubunda çıxış edərkən 40 yaşlı mütəxəssisin onu izlədiyini xatırladıb:

"Baş məşqçi birbaşa mənimlə əlaqə saxladı. Mənə güvənir və nə istədiyini izah edib.

Bunu yaxşı qiymətləndirirəm. Premyer Liqanın VI turunda "Səbail"ə vurduğum qolu da məhz ona həsr etmişdim".

Digər Xəbərlər
Xəbər Lenti