"Zirə" Haiti millisinin yarımmüdafiəçisi ilə 2,5 illik müqavilə bağladı

27 Yanvar 2022 19:12 Zirə 691
"Zirə" Haiti millisinin yarımmüdafiəçisi ilə 2,5 illik müqavilə bağladı

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, Haiti millisinin yarımmüdafiəçisi Brayan Alseusla 2,5 illik müqavilə bağlanıb.

26 yaşlı yarımmüdafiəçi daha əvvəl Fransanın "Bordo”, “Kozes”, "Bordelay", "Entente", "Şartr", "Paris" və "Bastiya-Borqo" klublarında çıxış edib.

O, son olaraq Rumıniyanın “Qaz Metan” komandasının formasını geyinib.

Bu, "Zirə"nin qış fasiləsində 2-ci transferidir. "Qartallar" daha əvvəl fransalı yarımmüdafiəçi Hamidu Keytanı heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!