
Azərbaycan Premyer Liqasında cari mövsüm ən çox quru oyun keçirən qapıçıların siyahısında dəyişiklik olub.
Sportinfo.az xəbər verir ki, "Zirə”nin qolkiperi Mateus Albino çempionatda 11-ci dəfə qapısını toxunulmaz saxlayıb.
Braziliyalı bununla da Şahrudin Məhəmmədəliyevin rekordunu təkrarlayıb. İlk “üçlüy”ü Mehdi Cənnətov qapayır. “Sumqayıt”ın qapıçısı 8 quru oyun keçirib.
1-2. Şahrudin Məhəmmədəliyev (Qarabağ) – 11
1-2. Mateus Albino (Zirə) - 11
3. Mehdi Cənnətov (Sumqayıt) - 8
4. Aqil Məmmədov (Neftçi) - 7
5. Stanislav Namaşko (Keşlə) - 5