Üstünlük “Zirə”dədir - 10 qələbə, 6 heç-heçə

23 Aprel 2021 21:20 Zirə 720
Üstünlük “Zirə”dədir - 10 qələbə, 6 heç-heçə

Aprelin 25-də Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçiriləcək.

Sportinffo.az xəbər verir ki, “Zirə” eyni gündə keçiriləcək turda “Sumqayıt”la üz-üzə gələcək.

İndiyədək ölkə çempionatında 22 dəfə üz-üzə gələn rəqiblər 23-cü duelə çıxacaq. Əvvəlki oyunlarda üstünlük “Zirə”nin tərəfindədir.

"Zirə” 10 qələbə qazanıb və 6 heç-heçə edib. Digər 6 matçda "Sumqayıt" qalib gəlib. Bu üstünlük top fərqində də öz əksini tapıb. 29 qol vuran “Zirə” 21 top buraxıb.

“Zirə” öz meydanında “Sumqayıt”a qarşı keçirdiyi son 7 görüşdən qolsuz və xalsız ayrılmayıb.

Ümumiyyətlə, 10 ev matçında 6 qələbə və 3 heç-heçəsi olan bu komanda, yalnız bir dəfə uduzub. Bu oyunlarda 18 qol vuran “Zirə” futbolçuları öz qapısından 10 top buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar