Türkiyənin ulduzu bu yay Bakıya ayaq basmayacaq?

4 Mart 2020 13:54 Türkiyə 557
Türkiyənin ulduzu bu yay Bakıya ayaq basmayacaq?

Türkiyə millisinin daha bir ulduzu sıradan çıxıb.

Sportinfo.az xəbər verir ki, "Kristal Pelas"da çıxış edən Cenk Tosun məşq vaxtı dizindən zədələnib.

Onun 6-7 ay meydana çıxa bilməyəcəyi iddia olunur. Bu isə hücumçunun Avro-2020-ni buraxması deməkdir. Futbolçunun son durumu MRT müayinəsindən sonra dəqiqləşəcək.

Bundan əvvəl isə Merih Demiral ve Yusuf Yazıcının da zədə probleminə görə Avro-2020-ni buraxacağı bildirilmişdi. Əvəzində Abdulkadir Ömür artıq yaşıl meydanlara qayıdıb, Dorukhan Toköz isə kollektiv məşqlərə hələ başlamayıb.

Avropa çempionatı 12 iyun - 12 iyulda olacaq. AVRO-2020-nin təqviminə əsasən, açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti