Türkiyənin tanınmış klubunun yeni baş məşqçisi o olacaq - Şifahi razılıq əldə edildi

17 Yanvar 15:20 Türkiyə 782
Türkiyənin tanınmış klubunun yeni baş məşqçisi o olacaq - Şifahi razılıq əldə edildi

“Beşiktaş”ın baş məşqçi postuna norveçli Ole Qunnar Sulşer gətiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano paylaşım edib.

Bildirilib ki, artıq İstanbul təmsilçisi məşqçi ilə şifahi razılıq əldə edib.

Belə ki, çalışdırıcı müqaviləni tamamlamaq üçün agent Cim Solbakken ilə İstanbula gəlməyi planlaşdırır.

Ole Qunnar Sulşeri sonuncu dəfə “Mançester Yunayted”i çalışdırıb. Amma o, daha çox “Molde”dəki uğurları ilə tanınıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı